Onlayn ictimai-siyasi qəzet
ABŞ Maliyyə Nazirliyi 20 mart tarixindən etibarən gəmilərə yüklənmiş İran mənşəli xam neft və neft məhsullarının çatdırılması və satışı üçün lisenziya verib.
Musavat.com nazirliyin saytında yerləşdirilmiş sənədə əsasən xəbər verir ki,liseniya qadağan olunmuş, bloklanmış gəmilər də daxil olmaqla, istənilən gəmiyə yüklənmiş İran mənşəli xam neft və ya neft məhsullarının satışı, çatdırılması və ya boşaldılmasını aprelin 19-dək qadağalardan azad edir.
Lisenziya KXDR, Kuba, Krım və Rusiyanın işğal etdiyi Ukrayna bölgələri ilə əlaqəli şəxslər və qurumlarla bağlı əməliyyatlara şamil edilmir.
ABŞ Maliyyə naziri Skott Bessent X hesabında qeyd edib ki, İran nefti və neft məhsullarının satışı üçün yeni ABŞ lisenziyası təxminən 140 milyon barel yanacağın qlobal bazarlara tez bir zamanda çatdırılmasına imkan verəcək. Nazirin sözlərinə görə, satılan neftin pulunun İrana çatdırılması mümkün olmayacaq və bununla da ABŞ İran neftindən onun özünə qarşı istifadə etmiş olur.
Onun bu açıqlamasına İran tərəfindən cavab verilib. Ölkənin Neft Nazirliyinin nümayəndəsi Mehr agentliyinı bildirib ki, İranın hazırda dənizdə tankerlərdə nefti və ixrac üçün əlavə imkanları yoxdur: "Hazırda İranın dənizdə tankerlərdə nefti və beynəlxalq bazarları təchiz etmək üçün artıq nefti demək olar ki, yoxdur".
İran Amerikanın addımını "ABŞ Maliyyə Nazirliyinin psixoloji oyunu" kimi qiymətləndirib. Neft Nazirliyi bildirib ki, "Bennettin bəyanatı yalnız alıcılarda ümid yaratmaq və bazar əhval-ruhiyyəsini nəzarətdə saxlamaq məqsədi daşıyır".
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ