Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası prezident Donald Trampın aprel ayında Pekinə səfərindən əvvəl Çin rəhbərii Si Cinpinin mənfi reaksiyasından ehtiyat edərək Tayvana milyardlarla dollarlıq silah satışını təxirə salıb.
Musavat.com-un məlumatına əsasən bu barədə The New York Times (NYT) mənbələrə istinadən xəbər verib. bMənbələrə görə, sözügedən silah paketi təxminən 13 milyard dollar dəyərindədir və hava hücumundan müdafiə raketlərini də əhatə edir. Yanvar ayında Dövlət Departamenti planlaşdırılan müqavilə haqqında məlumatı Konqresə təqdim edib və həm Respublikaçı, həm də Demokrat qanunvericilər onu təsdiqləyiblər. Lakin proses o vaxtdan bəri dayanıb. Qəzetin məlumatına görə, bu, Ağ Evin ABŞ-Çin sammitinin uğurunu təmin etmək üçün bu məsələ ilə bağlı heç bir tədbir görməməyi tapşırması ilə bağlıdır.
Dövlət Departamenti The New York Times qəzetinə müqavilə ilə bağlı şərh verməkdən imtina edib. Departamentdən bildirilib ki, "Administrasiya Tayvana davamlı dəstəyin verilməsinə dair öhdəliyini açıq şəkildə bildirib".
Çin Mərkəzi Televiziyasının əvvəllər xəbər verdiyinə görə, fevralın əvvəlində telefon danışığı zamanı Si Cinpin amerikalı həmkarına "ABŞ Tayvana silah satmaqda ehtiyatlı olmalıdır" deyib.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ