İnsanlara hürriyət, millətlərə istiqlal!

16 yaşadək uşaqlara sosial şəbəkə qadağası gəlir

Malayziya hökuməti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır. Bu barədə rabitə naziri Fahmi Fadzil məlumat verib.

Musavat.com xəbər verir ki, Nazirin sözlərinə görə, ölkə artıq rəqəmsal platformalara çıxışı məhdudlaşdıran dövlətlərin sırasına qoşulmağa hazırlaşır. Məhdudiyyətlər əsasən uşaqların onlayn təhdidlərdən qorunması ilə izah olunur — zorakılıq, kibertəqib (bullyinq), maliyyə fırıldaqları və internetdə seksual xarakterli zorakılıq riskləri.

Hökumət platformalardan tələb edib ki, gələn ilə qədər elektron identifikasiya sistemlərini qadağaya uyğun şəkildə texniki olaraq hazırlasınlar. Növbəti mərhələdə bu təklif parlament üzvləri və ictimaiyyətlə müzakirə ediləcək.

Hazırda Malayziya bu sahədə Avstraliya və digər ölkələrin tətbiq etdiyi mexanizmləri öyrənir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR