Onlayn ictimai-siyasi qəzet
Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.
Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib. Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ