İnsanlara hürriyət, millətlərə istiqlal!

117 ilin sirri bir cümlədə – dünyanın ən yaşlı insanından maraqlı açıqlama

Dünyanın ən yaşlı insanı hesab edilən britaniyalı Etel Katerhemin bu gün 117 yaşı tamam olub.

Musavat.com xəbər verir ki, BBC-nin məlumatına görə, Etel Katerhem 21 avqust 1909-cu ildə anadan olub və iki dünya müharibəsinə şahidlik edib.

Maraqlıdır ki, o, 97 yaşına qədər avtomobil idarə edib.

Katerhem uzunömürlülüyünün sirrini isə həyata və yeni imkanlara açıq olmaqda görür. 117 yaşlı qadın bunu bir cümlə ilə belə ifadə edib:

“Hər yeni fürsətə ‘hə’ deyin, çünki bunun sizi hara aparacağını bilmirsiniz”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR