İnsanlara hürriyət, millətlərə istiqlal!

Tesla-da qapı qalmaqalı – 3 milyona yaxın avtomobil geri çağırılır

Tesla Çində təxminən 3 milyon avtomobili qapıların təcili açılması üçün nəzərdə tutulan mexaniki tutacaqlarla bağlı problemə görə geri çağırır.

Musavat.com xəbər verir ki, buna səbəb mexaniki qapı tutacaqlarının rənginin avtomobil salonunun üzlüyü ilə oxşar olmasıdır. Bildirilir ki, bu vəziyyət fövqəladə hallarda sərnişinlərin tutacağı tez tapmasını və qapını operativ şəkildə açmasını çətinləşdirə bilər.

Problemin aradan qaldırılması üçün Tesla həmin tutacaqların üzərinə diqqətçəkən rəngli xəbərdarlıq işarələri vurmağı planlaşdırır.

Beləliklə, sürücülər və sərnişinlər fövqəladə vəziyyət zamanı mexaniki qapı açma mexanizmini daha asan müəyyən edə biləcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR