İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Əliyevdən onun xahişini eləsə... – Bakıya və Paşinyana qarşı hiylə

Bakıda məhkəməsi gedən erməni milyarder, Azərbaycana qarşı ağır cinayətlərdə ittiham olunan Ruben Vardanyanla bağlı maraqlı xəbər var. “Hraparak” qəzeti yazıb ki, Nikol Paşinyan ABŞ prezidenti Donald Trampa Vardanyanın azadlığa buraxılmasına kömək xahiş edən məktub göndərməkdən imtina edib.

Nəşr bu xüsusda bildirir ki, Amerikadakı erməni diasporunun nüfuzlu nümayəndələri Trampın ətrafı ilə danışıqlar aparıb və onun kürəkəninə çıxıblar. İddialara görə, Tramp İrəvandan rəsmi müraciət olarsa, vəziyyətə müdaxilə etməyə hazır olduğunu söyləyib. Ardınca Vardanyanın ailəsi Amerikadakı səfir Lilit Makunts vasitəsilə Ermənistanın baş nazirinə müvafiq məktub göndərib. Lakin rədd cavabı alıb. Paşinyan hökumətindən bildirilib ki, belə bir addım Azərbaycanla sülh sazişinin imzalanması prosesinə zərər verə bilər...

Hələ ki, Ermənistan hökumətindən məsələyə reaksiya yoxdur. Ola bilsin açıqlama verilsin. Ya da üstündən ümumiyyətlə, susqunluqla keçilsin. Ancaq şəkk-şübhə yox ki, radikal müxalifət və onun mediası, eləcə də erməni lobbisi bu yolla Paşinyanı fakt qarşında qoymaq və daxildə onun haqında antimilli rəhbər, “satqın” imicini güclənidrnmək istəyir.

İkincisi, erməni baş nazir həbsə atdığı oliqarx Samvel Karapetyan başda olmaqla, Rusiyanın “desantları” ilə, kilsə ilə ölüm-dirim savaşında ikən Moskvanın digər təhlükəli və imkanlı “desantı”nın azadlığa çıxmasına niyə kömək eləsin, Trampa xahiş-minnətçi düşsün ki?

Ruben Vardanyanın Qarabağa hansı məqsədlə, kim tərəfindən göndərildiyi və nə oyunlardan çıxdığı bəlli. Bu yalançı mesenatın hədəflərindən bir də Ermənistanda hakimiyyəti ələ almaq idi. Üstəgəl, Bakı təcridxanasında ola-ola belə, o, Paşinyan hakimiyyətini devirməyə çağırış edib...

Yəni yalnız axmaqlar öz ayağına güllə atar. Nikol Vovayeviç isə çətin ki, o sırada yer alsın. Paşinyana çox lazımdı elə Vardanyanın tezliklə həbsdən qurtulub Ermənistanda peyda olması, sonra da Karapetyanla birləşib hakimiyyət uğrunda birgə mübarizəyə başlaması, Moskvanın təlimatı ilə ölkəni qarışdırması. Onların hər ikisinin Azərbaycanla sülh məsələsində mövqeyi də aşağı-yuxarı məlum. İstər Karapetyan, istərsə də Vardanyan erməni xalqını daha ağır məhrumiyyətlərə tuş edəcəklər.

Sonra. Trampın Rubenlə bağlı şəxsən Azərbaycan rəhbərliyindən xahiş edəcəyi inandırıcı görünmür. Axı Vardanyan və dəstəsi hansısa xırda xuliqanlığa, ictimai qaydaları pozduğuna görə tutulmayıblar. Saxlanmanın qat-qat ciddi səbəbləri var, o cümlədən də terrora sponsorluq ittihamı. Yəni hüququn aliliyi məsələsi. Rəsmi Bakı heç nə olmayıbmış kimi bu adam(ları) necə sərbəst buraxa bilər? Belə yumşaqlıq erməni separatçılarını şirnikləndirmək, onlara qol-qanad, “ikinci nəfəs” vermək anlamına gəlməzmi?

Gələr. Əksinə, məhkəmə prosesləri cinayətkarları islah eləmək, cinayətkarlığı azaltmaq üçündür. Onun üçündür ki, separatçılara və onların havadarlarına tarixi dərs verilsin və ermənilər bir daha xam xəyallara düşüb üstümüzə ayaq açmasınlar. Bundan qabaq iki dəfə, üç dəfə fikirləşsinlər. Bu mənada Bakıda mühakimə olunan həm də işğalçı Ermənistandır, Türkə nifrəti körükləməyə davam edən erməni lobbisidir.

Nəhayət, Tramp rusun adamı olan Ruben Vardanyanın gəlib qərbçi Paşinyanı devirməsini istəyərmi?..

Məhkəməsi gedən separatçı-xuntaçıların tək ümidi Azərbaycanın Ermənistanla məlum şərtlər çərçivəsində sülh müqaviləsi imzalamasından və iki xalq arasında barışıqdan sonra yazılacaq peşmançılıq ərizələri əsasında əfvə və yaxud cəzanın azaldılmasına ola bilər. O da əlbəttə, Prezidentin mərhəmətinə bağlı məsələ.

Peşmançılıqdan isə hələ ki, əsər-əlamət yoxdur. Bu da o deməkdir ki, Vardanyan Azərbaycan torpaqlarında hansı qanunsuz əməlləri törətdiyinin bu gün də fərqində deyil, tövbə barədə düşünüb eləmir. Hətta qisas hissi ilə yaşayır. O zaman bədəlinə gərək hazır olsun. Bu işdə milyardları onu xilas etməyəcək. Əfvdən, bağışlanmadan isə əlini üzsün...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

27 Aprel 2026

25 Aprel 2026

21 Aprel 2026

20 Aprel 2026

17 Aprel 2026

14 Aprel 2026

08 Aprel 2026

06 Aprel 2026

03 Aprel 2026

01 Aprel 2026

24 Mart 2026

18 Mart 2026

16 Mart 2026

14 Mart 2026

09 Mart 2026

07 Mart 2026