İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Njde yeni, saxta “dövlət katibi” oldu – Bakıda məhkəmə gedirkən...

2025-ci ilin tən yarısı bitmək üzrədir. Bu il Azərbaycan-Ermənistan barışığı yönündə yeganə müsbət hadisə mart ayında sülh sənədi mətninin tam razılaşdırılması sayıla bilər. Təəssüf ki, daha qabağa gedib iki qonşu xalq arasında düşmənçilik səhifəsini həmişəlik çevirmək, iqtisadi-ticari əlaqələrin və diplomatik münasibətlərin qurulmasını yaxınlaşdırmaq mümkün olmayıb.

Səbəb köhnədir – erməni tərəfinin qeyri-konstruktivliyi, davam edən söz oyunu və sülh oyunbazlığı, sənədin imzalanması üçün Bakının iki məlum şərtini təmin etməyə tələsməməsidir. Azərbaycandan asılı artıq heç nə yox. “Top” çoxdan qarşı meydanda. Hərçənd nikbin ovqatda olan soyasi müşahidəçilər də var...

“Nikol Paşinyan sözün əsl mənasında Ermənistanı yenidən “formatlamağa”, ermənilər üçün yeni səhifə açmağa çalışır, “real Ermənistan” ideyasını təbliğ edir”.

Bunu “Moskva-Bakı”ya müsahibəsində tanınmış rusiyalı ekspert Aleksandr Perenciyev deyib.

Analitik Paşinyanı Azərbaycan üçün yaxşı variant sayır: “Daha əvvəl nə söyləməsindən asılı olmayaraq, dinc dönəm məhz onun hakimiyyəti altında başlayıb. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb, sərhədlərin delimitasiyası prosesi başlayıb, sülh müqaviləsinin mətni razılaşdırılıb. “Qarabağ klanı”nın mövqeyini nəzərə alsaq, belə perspektiv mümkün idimi?”

Təhlilçi hətta inanır ki, bir gün Ermənistan Azərbaycandan Qarabağa görə üzr də istəyəcək. “Bu düzgün və məntiqli olardı”, bildirib...

Perenciyev bəlkə də haqlı, Nikol Paşinyan Azərbaycan üçün ən əlverişli rəhbərdir. Amma və lakin... Nikolun nala-mıxa vurması və bəzi qəribə gedişləri olmasa. Misal üçün, ötən həftə İrəvan Dövlət Universitetində tələbələrlə görüş zamanı Paşinyan bilərəkdən ya bilməyərəkdən sülh prosesi üçün olduqca zərərli bir ifadə işlədib. “Biz 44 günlük müharibə nəticəsində vətənin bir hissəsini itirdik, lakin daha suveren və daha müstəqil dövlət əldə etdik” söyləyib.

Bunu “Qarabağ Azərbaycandır”, “Dünyada Qarabağı Azərbaycan ərazisi saymayan ölkə yoxdur” deyən Paşinyan bəyan edir. Belə çıxır, o, qanuni və tarixi ərazimizi – Qarabağı hələ də “ermənilərin vətəni” saymaqdadır və bunu dilə gətirməkdən çəkinmir. Bununla da Bakının konstitusiya dəyişikliyi ilə bağlı tələbinin nə dərəcədə haqlı və legitim olduğunu dünyaya bir daha nümayiş etdirmiş olub...

Yaxud bu qəbildən başqa fakt. Ermənistanda separatçıların Qarabağda qurduğu xunta rejiminin sonuncu “rəhbəri” Samvel Şahramanyanın həbsi gözlənilir. Vəkili bildirib ki, o, “vəzifə “səlahiyyətləri ilə bağlı səhlənkarlıqda, silah-sursatı azərbaycanlılara təhvil verməkdə” ittiham olunur. Ayrı sözlə, Sahramanyan dövlətimiz əleyhinə fəaliyyətə, qanunsuz silahlı dəstələrə başçılıq eləməyə görə yox, Azərbaycana qarşı axıradək silahlı müqaviməti təşkil etməməyə, qanunsuz silah-sursatı Bakıya təhvil verməyə, qısası, “artsaxı buraxmaq” haqda “sərəncam” imzalamağa görə mühakimə edilir.

Nəhayət, lap “isti” fakt. Dünən İrəvanda separatçı ünsürlər sanki paralel dünyada yaşayırmışlar kimi, axmaqcasına Njde İskəndəryan ad-soyadlı zatı “artsax”ın yeni “dövlət katibi” təyin ediblər. Az öncə uydurma qurumun qondarma parlamentinin yeni “sədri”nin “seçildiyi” haqda məlumat yayılmışdı.

İndi bütün bunları necə oxuyaq, Nikol Vovayeviç? Minsk Qrupunun rəsmən buraxılmasının sülh müqaviləsinin imzalanması ilə əlaqələndirməsi, Ermənistan üçün rekord həcmdə hərbi büdcə ayrılması və sürətlə silahlanma da ciddiyə alınarsa, İrəvanın sülh bəyanatlarının səmimiliyinə inanmaq mümkünmü? Paşinyan doğrudanmı Azərbaycan və Türkiyə ilə barışıq xətti tutub? Elə isə qulağının dibində davam edən “artsax” şousunu, revanşist tör-töküntülərin Azərbaycana qarşı həyasız demarşlarını niyə durdurmur, separatçıların “ipini” birdəfəlik niyə yığmır?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

27 Aprel 2026

25 Aprel 2026

21 Aprel 2026

20 Aprel 2026

17 Aprel 2026

14 Aprel 2026

08 Aprel 2026

06 Aprel 2026

03 Aprel 2026

01 Aprel 2026

24 Mart 2026

18 Mart 2026

16 Mart 2026

14 Mart 2026

09 Mart 2026

07 Mart 2026