Onlayn ictimai-siyasi qəzet
Maşallah, idmançılarımızın səsi-sorağı xarici ölkələrdən gəlir: qoçaqlıqlar, cəsur hərəkətlər edirlər, hətta o ölkələrin mediası da onlardan yazır.
Prinsipcə, gərək biz, həmişəki kimi, idmançılarımızla qürur duyaq. Amma olmur. Çünki onlar indi tatamidə, rinqdə qələbələr qazanmırlar, kafedə, küçədə bıçaqlaşırlar.
Nəticədə nəinki ölkəmizin adını qaldırırlar, əksinə, bir-iki bıçaq da xalqımızın reputasiyasına vururlar. Elə çıxır ki, biz kriminala meylli, cırtqoz, bir şey olan kimi bıçağa əl atan camaatıq.
Budur, kikboksçu Antalyada Araz Musayevi bıçaqlayan idmançı həmyerlilərimizin saxlanıldığı bildirilir. Biri də kikboks üzrə milli komandamızın baş məşqçisi imiş.
Onların arasında nə olub, nə baş verib, hüquq-mühafizə orqanlarının mətbuat katibləri demişkən, istintaq ortaya çıxaracaq, ictimaiyyətə məlumat veriləcək.
Ancaq indilikdə diqqət yetirilməli məqam odur ki, həmvətənlərimizin iştirak etdiyi bu cür hadisə yenə Antalyada baş verib. Ona görə də sual çıxır: bizimkilər niyə gedib Antalyada bıçaqlaşırlar, atışırlar? Öz şəhərimizdə münasib yer yoxdurmu?
Yoxsa biz, eləcə də yerli türklər, özbəklər, qazaxlar sözü bir yerə qoyaraq Antalyanı türk dünyasının kriminal paytaxtına çevirmək istəyirik? Bir vaxtlar qazax “Dikiy Arman”ın (indi içəridədir) səsi də Antalyadan gəlirdi. Bizimkilərə qoşulub Musayevi bıçaqlayanların içində 3 özbək də var. İnsidentdən sonra gedib başlarını qırxdırıblar ki, guya tanınmasınlar. Ta demirlər ki, aeroportun rentgenli kamerası adamı başından yox, gözündən tanıyır.
Hələ o da müəmmalıdır ki, özünü müdafiə etmək üçün qıvraq əl və ayaqları, lazımi fiziki hazırlığı olan, özünü 1 yox, 3-4 nəfərin hücumundan eyni zamanda qorumağı bacaran idmançılar niyə ciblərində bıçaq gəzdirirlər. Nə ehtiyac var?
Demək, söhbət idmançıların kriminal aləmə transferindən gedir.
Başqa sahələrdən kriminal aləmə məsafə bir addımdırsa, idman sferasından kriminal dünyaya bircə qarış yol var.
Gerçəklik belədir: titullu idmançıların bir qismi hüquq-mühafizə orqanlarına işə düzəlir, bir qismi özəl sektorda mühafizəçi işinə keçir, bəziləri idman zalı açıb məşqçilik edir, yerdə qalan böyük hissəsi isə ortalıqda qalır.
İşsizlik, pulsuzluq dövrü başlayır. Savad yox, diplom yox, güləşməkdən, döyüşməkdən başqa bacardıqları bir iş yox. Bəs nə var? Əzələ kütləsi var, fiziki gücün doğurduğu özünəgüvən var, iradə var, ötkəmlik var. Ona görə də onlar bu üstünlüklərinin hesabına “məsələ” həll edirlər. Məsələn, borc alıb qaytarmayanın yaxasından yapışır, borcu alıb yiyəsinə qaytarırlar. Axırda elə alınır ki, borcalan elə idmançılara borcluymuş. Çünki ortada olan pulun yarısı onlara çatır.
Onu da deyək ki, hazırda türmələrdə N qədər bu iş üstdə tutulan keçmiş idmançı var. Ona görə ki, onlar borcunu qaytarmayan adama “müəllim, borcunuzu filan vaxta qədər qaytarsanız yaxşı olar, borcverən narahatdır” deməyiblər, adamı maşına basıb döyə-döyə kimsəsiz bir yerə aparıblar, tərpənməz bir şeyə bağlayıblar, işgəncə veriblər, borcunu qaytarması üçün nəsl-nəcabətinin səfərbər olunmasını təşkil ediblər və s. Dövlətin qanunlarına görə isə, belə şeylər olmaz, cinayətdir.
O vaxt idmana diqqət və qayğı artırılanda, ard-arda idman kompleksləri tikiləndə hamımız məmnun qalmşdıq ki, bu hərəkat ölkəmizdə idmanı inkişaf etdirəcək, gənclər siqaretdən, içkidən, narkotikdən uzaq duracaq, sağlam həyat tərzi seçəcəklər və aralarından çoxlu parlaq idmançılar çıxacaq.
Allah tərəfi, bu, bir ara babat nəticələr verdi: xeyli idmançımız olimpiya, dünya, Avropa çempionu oldular, yüksək əyarlı medallar, böyük mükafatlar qazandılar. Yadınızdadırsa, Londona bir idman kostyumu ilə getmiş 19 yaşlı oğlan Bakıya milyonçu kimi qayıtdı. Ona təkcə nömrəsi 30-40 min manat olan lüks avtomobillər, paytaxtda və Gəncədə çoxotaqlı mənzillər, yarım milyon nağd pul və sair və ilaxır bağışladılar. Ancaq elə onunla da gəncin idman karyerasını bitirdilər. Cəmi 20 yaşındaykən. Daha heç bir uğuru olmadı. İndi bəlkə o da “məsələ” həll edir, kim bilir.
Uzun sözün kəsəsi, keçmiş idmançıların kriminal aləmə yuvarlanmaması üçün nəsə bir iş görmək lazımdır, qeydiyyatları aparılmalıdır, işlə təmin edilməlidirlər ki, başqa yola düşməsinlər.
Onlar türmə həyatından qorxmurlar, çünki fiziki cəhətdən hazırlıqlıdırlar, içəridə baş çıxaracaqlarına, kriminal iyerarxiyada qabağa gedəcəklərinə əmindirlər. Bu xüsusda bircə pis iş var ki, ucu yonulmuş vintaçanın, qaşıqdan düzəldilmiş bıçağın qabağında ippon fəndi bilməyin xeyri yoxdur.
02 Iyun 2026
30 May 2026
22 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
14 May 2026
12 May 2026
09 May 2026
07 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
30 Aprel 2026
28 Aprel 2026
25 Aprel 2026
23 Aprel 2026
21 Aprel 2026
19 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026
12 Aprel 2026
10 Aprel 2026
07 Aprel 2026
05 Aprel 2026
02 Aprel 2026
31 Mart 2026
28 Mart 2026
26 Mart 2026
24 Mart 2026
ŞƏRHLƏRŞƏRH YAZ