İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməniləri Qarabağa o qaytaracaq? – TƏHLÜKƏ

Azərbaycan Ordusunun cəhənnəmlik etdiyi oyuncaq rejimin “təhlükəsizlik şurası”nın keçmiş “katibi” Vitali Balasanyan təzədən xortlayıb. Azərbaycan türməsinin “darıxdığı” bu qatil Rusiya prezidenti Vladimir Putinə açıq məktubla müraciət edərək, ondan ermənilərin Qarabağa qayıdışı üçün kömək istəyib.

Müharibə canisi bu il faşist Almaniyası üzərində qələbənin 80-ci ildönümünü xatırladaraq, “erməni xalqının da böyük və ümumi qələbəyə öz qəhrəmanlıq töhfəsini verdiyini” və guya həmin müharibədə iştirak eləmiş hayların 90 min nəfərinin “artsax”dan olduğunu iddia edib. Halbuki o vaxt (1941-1945) Qarabağda uşaqlı-qadınlı-qocalı heç o qədər erməni yaşamayıb.

“Bu gün Qarabağ erməniləri öz tarixi vətənlərindən məhrumdur. Hesab edirik ki, bu ədalətsiz prosesi rus xalqı və Rusiya dövləti dəyişdirə bilər. Əsrlər boyu Rusiya imperiyası dəfələrlə erməni xalqına öz tarixi vətənində öz kimliyini və dövlətçiliyini qoruyub saxlamaq imkanı verib”, - deyə Balasanyan hiyləgərcəsinə Putinin ürəyinə girməyə çalışıb...

Erməni canisinin təlaşı anlaşılandır. Qarabağdan könüllü getmiş bir ovuc əhalinin geri dönüşü ildən-ilə çətinləşir. Məlumatlara görə, onların əhəmiyyətli bir hissəsi artıq üçüncü ölkəyə çıxıb gedib. Bu isə separatçılıq üçün ciddi “xammal” çatışmazlığı deməkdir.

Üstəlik, razılaşdırılmış sülh sənədi layihəsində rəsmi İrəvanın ciddi cəhdlərinə rəğmən, Qarabağın heç “Q”-sı da yoxdur. Yəni orada separatçı ünsürlərin qayıdışı ilə bağlı hər hansı bənd, öhdəlik mövcud deyil. Bakı haqlı olaraq, məsələni Qərbi azərbaycanlıların Ermənistana geri dönüş hüququ ilə birgə baxılması tələbi şəklində qoyur - 50:50-yə, “güzgü prinsipi” üzrə...

Rusiyanın “Qafqaz qaraçıları”nın Qarabağda, digər qədim Türk torpaqlarında nə vaxt, necə və hansı məqsədlə yerləşdirdiyi də bəlli. Həmçinin, çörəyi dizi üstdə olan bu bədnam toplumun “xilaskar” rusa, Rusiyaya nankorluğu da eləcə.

Amma xain qəbilə heç cür anlamaq istəmir ki, başına gələn bunca faciə-müsibətlərin tək səbəbi məhz qapıbir qonşuları qoyub uzaq havadarlara bel bağlamasıdır. Daha betəri, sonuncuların əlində qonşulara qarşı uzun illər alət, maşa rolu oynamasıdır...

Putinə müraciətə gəlincə, yəqin ki, o, Qarabağı tərk etmiş icma ilə bağlı nəsə etməyə çalışacaq. Ancaq ermənilərə “platonik” sevgisinə görə yox, sırf Rusiyanın imperialist maraqlarına görə. Yeri gəlmişkən, Putin bu günlərdə ilk dəfə öz evini mediaya göstərib. Və orada kimin portreti olsa yaxşıdır? O nə Leninindir, nə də Stalinin, III Aleksandrındır! Aydın oldumu?

O ki qaldı ermənilərin nə vaxtsa Qarabağa dönüşünün mümkünlüyünə, dünyanı bezdirmiş həyasız məxluqat üçün təkrarlamaqda fayda var. Əvvəla, Azərbaycan artıq banan ölkəsi, sərhəd qapımız da “karvansara qapısı” deyil. Bakı qayıdışın əsas şərtlərini çoxdan bəyan edib. Bundan ötrü xüsusi portal da yaradılıb.

Öncə könüllü köç edənlərin içindən ağır cinayət törətməyənlər və həqiqətən Qarabağda doğulanlar konstitusiyamızı tanımalı, bayrağımızın altından keçməlidirlər, buna paralel, təhlükəsizlik qarantını hansısa başqa dövlətdən və ya beynəlxalq təşkilatlardan yox, Azərbaycandan istəməlidirlər. Cinayət törədənlərin isə ən yaxşı halda yeri Şuşa həbsxanası ola bilər...

Azərbaycanın beynəlxalq hüquqdan və ilahi ədalətdən doğan bu legitim şərtlərini nə Putin, nə də Tramp dəyişə bilər. Yaxşı olar, haylar bunu qulaqlarında sırğa eləsinlər!

Rusiya prezidenti erməniləri Qarabağa qaytaran idisə, onların getməsini əngəlləyərdi. Putinə yox, Azərbaycan Prezidentinə yalvarın, tövbə edin ki, bəlkə bir şey alına...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

26 May 2026

23 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

15 May 2026

13 May 2026

09 May 2026

06 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

27 Aprel 2026

25 Aprel 2026

21 Aprel 2026

20 Aprel 2026

17 Aprel 2026

14 Aprel 2026

08 Aprel 2026

06 Aprel 2026

03 Aprel 2026

01 Aprel 2026

24 Mart 2026

18 Mart 2026

16 Mart 2026

14 Mart 2026

09 Mart 2026

07 Mart 2026