İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərifdən İranın Suriya siyasəti ilə bağlı ŞOK ETİRAF - VİDEO

İranın sabiq xarici işlər naziri Cavad Zərif Qətərin “Al Araby” telekanalına müsahibəsində Tehranın xarici siyasətdə səhvlərə yol verdiyini etiraf etsə də, İranın heç vaxt genişlənmə məqsədi güdmədiyini bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, İranın əsas məqsədi İsrailin genişlənməsinin qarşısını almaq olub.

Zərif vurğulayıb ki, Tehran heç vaxt heç bir ərəb paytaxtına nəzarət etməyib və Suriya heç zaman “İranın əyaləti” olmayıb.

Sabiq nazir qeyd edib ki, İran Suriyaya Bəşər Əsədin dəvəti ilə “düşmənə” qarşı mübarizədə yardım məqsədilə daxil olub. Bunun qarşılığında isə Fələstin məsələsinə dəstəkdən başqa heç bir fayda əldə etməyib.

Zərifin sözlərinə görə, onilliklər boyu ərəb hərəkatlarına dəstək göstərilməsinə baxmayaraq, “Hizbullah”, HƏMAS və “İslami Cihad” daxil olmaqla heç biri İrana qarşı hücumlar zamanı Tehranın müdafiəsi üçün bir güllə belə atmayıb.

O, həmçinin mediada İranın fəaliyyəti və siyasəti barədə tez-tez yanlış təsəvvürlərin formalaşdırıldığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR