İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən son nöqtə: “Donbasdan Çıxmayacağıq” – "Putin 500 minlik qüvvə ilə gəlir"

Ukrayna prezidenti Volodimir Zelenski Donbasdan geri çəkilməyəcəklərini bəyan edib.

Musavat.com xəbər verir ki, Zelenski TSN-ə müsahibəsində Ukraynanın öz ərazilərini və orada yaşayan insanları tərk etməyəcəyini bildirib.

“Putin öz Konstitusiyasını dəyişməyə və bunun bizim ərazimiz, bizim dövlətimiz olduğunu qəbul etməyə hazır deyil. Atəşkəs olmalıdır. Heç kim öz dövlətini, öz insanlarını qoyub sadəcə çıxmayacaq. Çünki heç kim zəmanət verə bilməz ki, bu adam daha da irəli getməyəcək”, – Zelenski deyib.

Ukrayna prezidenti müsahibəsində Rusiyanın müharibə ilə bağlı növbəti addımlarından da danışıb. Onun sözlərinə görə, Kreml 2026-cı ilin payızında gizli səfərbərliyə hazırlaşır.

Zelenski bildirib ki, Rusiya rəsmi şəkildə səfərbərlik elan etmədən 500 minədək insanı orduya cəlb edə bilər. Onun sözlərinə görə, bunun üçün “kölgə müqavilələri”ndən istifadə edilməsi və ya ölkə sərhədlərinin bağlanması mümkün variantlar sırasındadır.

Zelenski hesab edir ki, bu addımlar Rusiyanın müharibəni davam etdirmək üçün əlavə canlı qüvvə toplamağa hazırlaşdığını göstərə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR