İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Trampa zəng vurub

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, Axios-un yaydığı məlumatı Zelenski Telegram kanalında təsdiqləyib və müharibənin sona çatması üçün real perspektivin olduğunu bildirib.

Zelenski Trampı və bütün amerikalıları ABŞ müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib: "Javelin və Patriot raketlərindən tutmuş siyasi dəstəyə qədər göstərdiyi bütün yardımlara görə ABŞ-a minnətdarıq və müstəqilliyimizi qorumaqda Amerikanın dəstəyini çox yüksək qiymətləndiririk. Ukraynanın, Avropanın və azadlığın vacib olduğu dünyanın hər yerindəki bütün insanların gələcəyinə qayğı göstərən bütün Amerika ürəklərinə minnətdaram".

Tərəflər həmçinin Ukrayna cəbhəsindəki mövcud vəziyyəti və diplomatik məsələləri müzakirə ediblər. Zelenski Vaşinqtonun qətiyyətli mövqeyinin müharibənin sona çatmasında həlledici olacağını vurğulayıb və NATO sammitində Trampla görüşəcəyini açıqlayıb: "Bu müharibənin sona çatması üçün real perspektiv var və Amerikanın qətiyyəti həlledici olacaq. Biz söhbəti Ankarada keçiriləcək NATO sammiti zamanı şəxsən davam etdirməyə razılaşdıq".

Qeyd edək ki, Zelenski ilə danışdıqdan sonra Tramp Rusiya prezidenti Vladimir Putinə zəng vurub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR