İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avropa Parlamenti Azərbaycanla əməkdaşlıq etsə...” - Deputatdan VACİB AÇIQLAMA

Avropa Parlamentinin prezidenti Roberta Metsola dünən 5-8 oktyabr tarixlərini əhatə edən plenar sessiyanı rəsmən açıq elan edib. O bildirib ki, bu sessiyada insan hüquqları məsələləri və Azərbaycandakı siyasi məhbusların azad olunması tələbləri diqqət mərkəzində olmalıdır.

Avropa Parlamenti Azərbaycana qarşı mövqeyindən niyə imtina edə bilmir?

2q9mh32LegDhPSf7mQHFMgbQtcmXdQuGj92z3RrS_1200.jpg (69 KB)

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, Avropa Parlamentinin vaxtaşırı anti-Azərbaycan xarakterli məsələlərin müzakirəsinə yer ayırması təəssüf doğurur:

“Hüquqi baxımdan Avropa Parlamenti bunu etməli deyil. Azərbaycan Avropa İttifaqının üzvü deyil. Avropa Parlamentinin vəzifəsi Avropa İttifaqı məkanına aid olan məsələlərin müzakirəsidir. Hesab edirəm ki, anti-Azərbaycan xarakterli məsələlərin müzakirəsi və ya qərarların qəbulu dünyada Azərbaycanın müstəqilliyini istəməyən müəyyən qüvvələrin təsiri altında baş verir. Məqsəd Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq, xarici dövlətlərin, nüfuzlu iri şirkətlərin Azərbaycanla əlaqəsini zəiflətmək və ya tamamilə kəsmək, Azərbaycanı təcrid etməkdir”.

Deputat qeyd edib ki, həmin qüvvələr nə qədər çalışsalar da, bu alınmır:

“Avropa İttifaqının ondan çox ölkəsinin Azərbaycanla sıx ikitərəfli əlaqəsi var. Azərbaycan Avropa məkanının enerji ilə təmin edilməsində böyük rol oynayır. Azərbaycan Avropanın da marağı olduğu Cənubi Qafqazda sülhün, əmin-amanlığın təminatçısıdır. Avropa Parlamentində anti-Azərbaycan məsələsinin müzakirəyə çıxarılması Azərbaycanın beynəlxalq birlikdə nüfuzuna hər hansı təsir etmir və etməyəcək. Avropa Parlamenti belə mövqedənsə Azərbaycanla əməkdaşlıq mövqeyini qursa, bu, həmin təsisatın özü üçün də çox faydalı olardı”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR