İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni təyin olunmuş yepiskop Smirnovla vətəndaşın məhkəmə çəkişməsi – Kim haqlıdır?

1 dekabr 2025-ci il tarixində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov Azərbaycan vətəndaşı Ramil Aslanov barəsində məhkəməyə müraciət edib.

Musavat.com xəbər verir ki, Xətai Rayon Məhkəməsinə mülki qaydada verilmiş şikayətdə Ramil Aslanovun Moskva və bütün Rusiyanın Patriarxı Kirillə rəsmi yazdığı şikayəti əsas götürülüb.

R.Aslanov bildirib ki, rəsmi yazılan şikayətdəki məsələlərə məhkəmə yolu ilə cavab verilməsi qanunsuzdur:

“Müraciətə Xətai Rayon Məhkəməsində hakim Leyla Şövkətli-Mənsimli tərəfindən baxılır. Məhkəməyə tərəfimizdən sübutlar təqdim olunub. Məsələ ondan ibarətdir ki, yeni təyin olunan yepiskop Aleksiy Smirnov Azərbaycana gəldikdən sonra Azərbaycan vətəndaşlarını, yəni məni və digər bir neçə nəfəri əsassız və sübutu olmayan iddia ərizələri ilə məhkəmələrdə süründürməyə başlayıb. Lakin zənnimcə, Aleksiy Smirnov Azərbaycan və Rusiya arasındakı birgə hörmət və ehtirama söykənən körpülərin möhkəmləndirilməsi ilə məşğul olmaq əvəzinə, eyni zamanda Rus Pravoslav Kilsəsinin Azərbaycanda inkişafının, inanclı insanlara kömək etməsinin, rus pravoslavlığının tarixinin Azərbaycanda təbliğinin daha da mükəmməl şəkildə aparılmasını təmin etmək əvəzinə əsassız və sübuta yetirilməyən iddialarla Azərbaycan vətəndaşlarını məhkəmələrdə süründürməçiliyə məruz qoyur.

Aleksiy Smirnov çox güman ki, dini rəhbər olduğunu unudub, Azərbaycan qanunvericiliklərini və Azərbaycan tarixini bilmədiyi ucbatından, eyni zamanda onun və onun rəhbərlik etdiyi dini qurum barəsində rəsmi şikayət ərizəsini məhkəməyə mübahisəyə çıxarıb. O bilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli 20 nömrəli qərarının 2.2.22. bəndində göstərilib: Publik şəxslərə münasibətdə yuxarı qurumlara və ya aidiyyəti orqanlara edilmiş şikayət xarakterli müraciətlər, habelə media subyektlərində və ya sosial şəbəkələrdə yayılmış tənqidi fikirlər aşkar surətdə şərəf və ləyaqəti alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilmədiyi halda, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuzu ləkələyən hüquqazidd əməl kimi qiymətləndirilməməlidir. Bu zaman vəzifəli şəxslər digər şəxslərdən fərqli olaraq publik vəzifə daşıyan şəxs kimi fəaliyyəti ilə bağlı tənqidi və bəzən çox sərt, istehzalı və ilk baxışdan şərəf, ləyaqət və işgüzar nüfuza toxuna biləcək fikirlərə qarşı daha çox dözümlülük nümayiş etdirməlidirlər”.

WhatsApp Image 2026-03-16 at 15.49.04.jpeg (36 KB)

Qeyd edək ki, məhkəmənin növbəti iclası martın 17-nə təyin edilib.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR