İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni nazir müavini kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Nuhi Abbasəli oğlu Abdinov Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Nuhi Abdinov 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə ali təhsil alıb.

2006-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda, 2013-2014-cü illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində, 2014-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 2022-2023-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində müxtəlif vəzifələrdə işləyib.

Hazırkı vəzifəsinə qədər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb./Unikal/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR