Onlayn ictimai-siyasi qəzet
Yaponiyanın Hokkaydo adası sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə də xəbərdarlıq edilməyib.
Qeyd edək ki, son günlər Yaponiyada zəlzələ ocaqları xeyli aktivləşib. İyulun 28-də seysmoloqlar Yaponiyanın Kyuşu adasında 7,1 bal gücündə zəlzələ qeydə alıblar. Qısa müddət sonra isə adada 6,1 bal gücündə daha bir zəlzələ baş verib./Unikal/
03 Avqust 2026
02 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ