İnsanlara hürriyət, millətlərə istiqlal!

Dərədə köməksiz qaldı - FHN xilas etdi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu, Tövlədərə kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə edilməklə dağlıq ərazidə dərinliyi təxminən 100 metr olan dərədə köməksiz vəziyyətdə qalan vətəndaş - 1967-ci il təvəllüdlü Fərzəliyev Kamil İmamverdi oğlu xilas olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR