Onlayn ictimai-siyasi qəzet
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.
"KamAZ" markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini, 1979-cu il təvəllüdlü Svetlana Ocaqverdi qızı İbadova isə hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ