İnsanlara hürriyət, millətlərə istiqlal!

Reznikov ukraynalı qadınların hərbi xidmətə çağırılmasını təklif etdi — “İsraildəki kimi”

Musavat.com xəbər verir ki, Ukraynanın keçmiş müdafiə naziri Oleksiy Reznikov ölkədə qadınların da hərbi xidmətə səfərbər olunmasını təklif edib.

Sabiq nazirin fikrincə, bu addım Ukraynanın səfərbərlik resursunu iki dəfə artırmağa imkan verəcək.

O, İsrail modelini nümunə göstərərək çağırış edib: “Təhdidlərin dərəcəsinə görə bizə ən yaxın ölkə İsraildir. Orada qadınlar da kişilər kimi orduda xidmət edirlər. Qadınlar orduda yalnız tibbi heyət kimi yer almamalıdırlar. Ali Rada qanunvericiliyə dəyişiklik etməli və ümumi hərbi mükəlləfiyyəti Ukraynanın bütün vətəndaşlarına şamil etməlidir. Qadınlar da orduda xidmət etməlidir”. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR