Onlayn ictimai-siyasi qəzet
"Azərbaycana gəlməzdən bir ildən çox əvvəl Azərbaycan dilini öyrəndim, sonra isə bir müddət Gəncədə bir ailə ilə yaşadım. Mən hələ də məşğul olmağa davam edirəm, çünki Azərbaycan dilimin hələ kifayət qədər yaxşı olduğunu düşünmürəm".
Musavat.com bildirir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman keçirdiyi mətbuat konfransında deyib. Səfir Azərbaycan dilini öyrənməyi karyerasında ən yaxşı qərarlardan biri adlandırıb:
"İngilisdilli insan üçün Azərbaycan dilini öyrənmək asan deyil. Bununla belə, sizin dilinizi öyrənmək həqiqətən də xoşuma gəlir. Azərbaycan dili çox zəngindir, onun quruluşu çox xoşuma gəlir. Azərbaycan dilini öyrənmək karyeram ərzində qəbul etdiyim ən yaxşı qərarlardan biri oldu. Bu dildə danışıq bacarıqlarımı inkişaf etdirə biləcəyimə və öz işimdə Azərbaycan dilindən daha tez-tez istifadə edəcəyimə ümid edirəm".
Xalidə Gəray
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ