İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP-ın ertələnən qurultayı - kulislərdə danışılanlar...

Hakim partiyanın parlament təmsilçisi: “Qurultayın keçirilməsinin vaxtı...”

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayının mart və daha sonra aprel ayında keçirilməsi gözlənilsə də, tədbir hələ baş tutmayıb. Rəsmi açıqlama verilməsə də, siyasi kulislərdə qurultayın müxtəlif səbəblərdən təxirə salındığı barədə müzakirələr davam edir. Martda Ramazan və Novruz bayramları, eləcə də sərhədimizdəki İranda müharibə səbəbindən hakim partiyanın sayca VIII qurultayını ertələdiyi iddia olunurdu. Amma indi may ayıdır və ölkəmiz BMT-nin Ümumdünya Şəhərsalma Forumunu (WUF13) keçirməyə hazırlaşır. Belə bir ərəfədə daxili siyasi gündəmin, o cümlədən hakim partiyanın qurultayının arxa plana keçməsi idarəetmə baxımından mümkün ssenari kimi qiymətləndirilir.

Partiyanın qurultayı YAP nizamnaməsinin 7-ci maddəsi ilə tənzimlənir. Qurultay partiyanın İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır. Partiyanın növbədənkənar qurultayı İdarə Heyətinin qərarı, səlahiyyətlərində olan məsələlər çərçivəsində Təftiş Komissiyasının qərarı və ya partiya üzvlərinin ən azı üçdə iki hissəsinin müraciəti ilə çağırılır.

Qurultayın müstəsna səlahiyyətlərinə aşağıdakılar daxildir: partiyanın nizamnaməsinin qəbul edilməsi, ona dəyişiklik və əlavələrin edilməsi, partiya sədrinin seçilməsi və vaxtından əvvəl vəzifəsindən azad edilməsi, İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının say tərkibinin müəyyənləşdirilməsi.

Bundan başqa, partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin, həmçinin Veteranlar Şurasının üzvlərinin, sədrinin və sədr müavininin beş il müddətinə seçilməsi və vaxtından əvvəl vəzifələrindən azad edilməsi, partiyanın yenidən təşkil olunması və ləğv edilməsi haqqında qərar qəbul etmək hüququ var. Qurultay nümayəndələrinin ən azı üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.

Elman Nəsirov sosial şəbəkədə yayılan videodan danışdı - Oxu.az

Elman Nəsirov

YAP Nəzarət-təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov məsələ ilə bağlı qısa olaraq, “Yeni Müsavat”a bunları dedi: "Yeni Azərbaycan Partiyasının qurultayının keçirilməsinin vaxtı ilə bağlı heç bir dəqiq məlumata malik deyilik. Bununla bağlı hər hansı bir toplantı və ya iclas olmayıb. Onun üçün də təbii ki, iştirak etməmişik. Yekun olaraq, bildirim ki, qurultay barədə dəqiq məlumatımız yoxdur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR