İnsanlara hürriyət, millətlərə istiqlal!

Xoşqədəm ailəsi ilə Dubaya yollandı - FOTOLAR

Aparıcı Xoşqədəm Hidayətqızı ailəsi ilə istirahətə yollanıb.

Musavat.com xəbər verir ki, aparıcı həyat yoldaşı, tanınmış müğənni Doğuş və əkiz övladları Arda və Arınla Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Xoşqədəm Hidayətqızı Dubayda ailəsi ilə çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşaraq yeni ilin ilk günləri ilə bağlı duyğularını bölüşüb.

O, paylaşımında bunları yazıb:

“Yeni ilin ilk həftəsi. Hər gün ümidlə açılan bir səhər, hər gecə ürəkdə böyüyən yeni arzular. Keçmişin ağırlığı yavaş-yavaş geridə qalır, ruhumuz isə yenilənməyə başlayır. Bu günlər bizə xatırladır ki, başlanğıclar həmişə sakit olur, amma güclü iz buraxır. Yeni ilin ilk həftəsi – inanmaq, cəsarət etmək və özünə bir şans daha vermək vaxtıdır”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının əvvəlki ailəsindən Zaur adlı daha bir övladı da var.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR