Onlayn ictimai-siyasi qəzet
Güclü küləyin alovlandırdığı kütləvi meşə yanğını kurort şəhəri olan Omişə çataraq yaşayış məntəqələrini bürüyüb.
Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, alov 1000 hektardan çox ərazini əhatə edib.
Fəlakət nəticəsində ən azı 42 nəfər xəsarət alıb, 14 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 7-sinin vəziyyəti ağırdır. 1000-ə yaxın sakin evlərini tərk edərək təxliyə olunmaq məcburiyyətində qalıb. Onlar üçün Omiş və Split arasında müvəqqəti sığınacaqlar açılıb.
Omiş bölgəsində baş verən bu yanğınlar Xorvatiyanın müasir tarixində ən böyükmiqyaslı və ən çətin yanğınlar hesab olunur.
***
Xorvatiyanın mərkəzi sahil bölgəsində başlayan kütləvi meşə yanğınları getdikcə geniş miqyas alır. Fəlakətin ən gərgin fəsadları Omiş şəhəri və onun ətraf ərazilərində qeydə alınıb.
Musavat.com xəbər verir ki, mütəxəssislər və fövqəladə hallar xidmətinin nümayəndələri bu yanğını ölkənin yaxın tarixində baş verən ən böyük və söndürülməsi ən çətin təbii fəlakətlərdən biri kimi qiymətləndirirlər.
Alovun qarşısını almaq üçün əraziyə çoxlu sayda yanğınsöndürən briqada, xüsusi texnika və yanğınsöndürən təyyarələr cəlb olunub. Şiddətli külək və iqlim şəraitindən qaynaqlanan y yüksək temperatur alovun böyük sahələrə sürətlə yayılmasına şərait yaradır.
Yayılan son görüntülərdən alovun artıq yaşayış məntəqələrinə də keçdiyi görünür. Kadrlarda yanğının evləri ağuşuna aldığı, yollarda isə tamamilə yanaraq külə dönmüş avtomobillərin qaldığı aydın əks olunub.
Bölgədə xilasetmə və yanğınla mübarizə işləri aramsız olaraq davam etdirilir. Alovun söndürülməsi üçün bütün güclər səfərbər olunub.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ