Onlayn ictimai-siyasi qəzet
İranın dəniz blokadasının bərpasından bəri ABŞ ordusu tərəfindən İrana və İrandan hərəkətinin qarşısı alınan ticarət gəmilərinin sayı 64-ə çatıb.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı özünə məxsus X hesabında yayıb: "17 avqust tarixinə olan məlumata görə, CENTCOM qüvvələri 64 ticarət gəmisinin hərəkətinin qarşısını alıb, üçünü sıradan çıxarıb və daha ikisinə qüvvə çıxarıb".
Xatırladaq ki, ABŞ 14 iyulda İranın dəniz blokadasını bərpa edib. 12 avqustda yönləndirilmiş gəmilərin sayı 59-a çatmışdı.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ