İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna 600-dən çox dronla hücuma keçdi - Moskvada PANİKA - VİDEO

Avqustun 18-nə keçən gecə Moskva və Moskva vilayətinə yüzlərlə dron hücum edib.

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bölgədə yanğınlar baş verib, yerli hakimiyyət orqanları PUA düşməsi faktlarını təsdiqləyib.

Gecə saat ikidən sonra Moskva merləri Sergey Sobyanin hava hücumundan müdafiə (HHM) qüvvələrinin dronları vurduğunu yazmağa başlayıb. Paralel olaraq sosial şəbəkələrdə görüntülər yayılıb, onların bəzilərində güclü yanğınlar əks olunub.

Saat 05:00 radələrində Sobyanin Moskva tərəfə 620 PUA-nın uçduğunu, onlardan 180-nin Moskva regionunda məhv edildiyini bildirib.

Sosial şəbəkələrdə Rusiya HHM sisteminin işi nəticəsində qəlpələrin düşməsi və baş verən yanğınlar barədə məlumatlar paylaşılır. Həmçinin Moskva Neft Emalı Zavodu (NEZ) ərazisinə də dron düşdüyü bildirilir, lakin hələlik zavodun dəymiş ziyanı rəsmən təsdiqlənməyib.

Bununla belə, rəsmi qurumlar hücumun bəzi fəsadlarını artıq təsdiqləyiblər. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, pilotsuz uçuş aparatı Boqorodsk dairəsindəki "Atlant-park" ərazisində yerləşən "Wildberries" anbarına düşüb və nəticədə yanğın baş verib.

Bundan başqa, Kolomnada PUA qəlpələrinin düşməsi nəticəsində "Qlobus" Ticarət Mərkəzi yaxınlığındakı ticarət pavilyonu yanıb. Elektrostalda isə bir avtomobil və transformator yarımstansiyası zədələnib.

Qeyd edək ki, avqustun 16-na keçən gecə dronlar Moskva yaxınlığındakı Koledinoda yerləşən "Wildberries" logistika kompleksini vurub. Bu, şirkətin sahəsi 200 000 kvadratmetrdən çox olan ən böyük anbarıdır.

Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya komandanlığı cəbhədə istifadə olunmayan bütün HHM komplekslərini Moskva ətrafına toplayaraq Rusiyanın xarici sərhədlərini tamamilə müdafiəsiz qoyub.

Həmçinin məlum olub ki, Moskvada nəzərdə tutulan böyük hərbi-musiqi festivalı planlaşdırılan başlanğıc tarixindən dörd gün əvvəl ləğv edilib. Ehtimal olunan səbəb Ukrayna dronlarının hücumu qorxusudur.

@@TVmusavat/153183@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR