İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaşlar Paşinyanın sülh çağırışlarına inanırmı?-VİDEO  

Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən sülhə yönəlik açıqlamalar verilir.

Paşinyan Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edir, “kaş ki, 7 rayonu zamanında qaytaraydıq”,- deyə peşmanlığını da gizlətmir. Digər tərəfdən isə Qarabağdakı separatçılar təxribatlarından qalmır. Ermənistan müxalifəti də danışıqlar prosesini pozmağa can atır, Azərbaycanın qəzəbinə səbəb olacaq addımlardan çəkinmir.

Liderlərin Brüssel görüşü və burada əldə olunan razılaşmalardan sonra  Rusiyanın məsələyə qısqanclıqla yanaşması və prosesi Ermənistan müxalifətinin, Qarabağdakı qondarma  rejimin əli ilə pozmağa çalışması da gözləniləndir.

Bəs görəsən, hər zaman dəyişkən mövqe nümayiş etdirən Nikol Paşinyan bu dəfə sülh məsələsində israrlı olacaqmı? Hazırda yaradılan sülh komissiyası ciddi nəticə əldə edə biləcəkmi? Vətəndaşlarımız iki ölkə arasında qalıcı sülhün əldə edilə biləcəyinə inanırmı?

Bu suallarla bağlı ictimai rəyə aydınlıq gətirmək üçün paytaxt sakinləri arasında sorğu keçirdik.

Musavat.com həmin video-sorğunu təqdim edir:

 

Alim Liftiyev
Rafet Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR