İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardan Voskanyan: Cəlili Ermənistana daha çox sərf edir  

“Səid Cəlili Ermənistan-İran münasibətlərinin dərinləşməsi baxımından daha uyğun namizəddir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni iranşünas Vardan Voskanyan öz Telegram kanalında yazıb.

“Prosesi Ermənistanın maraqları nöqteyi-nəzərindən nəzərə alsaq, qeyd etmək lazımdır ki, Ermənistan-İran münasibətlərinin əhəmiyyəti heç bir İran prezidenti tərəfindən nəzərdən qaçırıla bilməz.

Eyni zamanda Məsud Pezeşkiyanın yaxın tərəfdarları arasında pantürkist əhval-ruhiyyə daşıyan insanlar da var. Onlar təbii ki, sonuncunun prezident olacağı təqdirdə müxtəlif səviyyələrdə müxtəlif vəzifələr tutmağa çalışacaq, İran-Azərbaycan və İran-Türkiyə münasibətlərinin təbliğinə yardım edəcəklər.

Odur ki, Səid Cəlili Ermənistanla İranın yaxınlaşması və uzun illər boyu dostluq münasibətlərinin dərinləşməsi baxımından bizə daha uyğun namizəddir”, - erməni ekspert qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR