İnsanlara hürriyət, millətlərə istiqlal!

Taker Karlson: “Mərc gələrəm, Bayden seçkidən kənarlaşdırılacaq”

Demokratlar partiyasının üzvləri ABŞ prezidenti Co Baydeni seçkidən kənarlaşdıracaq.

Musavat.com xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson iyulun 1-də X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində açıqlama verib.

“Bayden bitdi. Mən buna mərc gələrəm. Çox sayda tanınmış demokrat onun beyninin zədələndiyini irəli sürüb. Onlar bundan imtina edə bilməzlər. Onu uzaqlaşdırmalıdırlar və bunu edəcəklər. Yeganə sual bunun vaxtıdır”, - o yazıb.

Karlson qeyd edib ki, indi onu yalnız eks-prezident və ABŞ-ın rəhbəri vəzifəsinə namizəd Donald Trampın iyulun 11-də gözlənilən hökmü narahat edir.

“Əgər siz onu həbs edəcəksinizsə, bunu onun törətdiyi çox ağır cinayətə görə etmək daha yaxşı olardı. Əks təqdirdə, sistemi tamamilə və əbədi olaraq məhv etmək riskiniz var. Biz qanuni təhlükə altındayıq. Demokratlar geri çəkilməlidir”, – Karlson əlavə edib.

Daha əvvəl, iyunun 29-da Taker Karlson Baydenin 10 min mil məsafədə nəzərə çarpan demensiyasına işarə edib. O, Amerika liderinin xəstəliyi ilə bağlı xəbərlərin insanları necə təəccübləndirdiyini qeyd edərək deyib ki, demokratlar Baydenin demans olduğuna inanmırlar.

ABŞ-da növbəti, 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Avqust-sentyabr aylarında partiyanın qurultayları keçirilməli, hər partiyadan bir namizəd rəsmən təsdiqlənməlidir. Son mərhələ noyabrda keçiriləcək səsvermə olacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR