İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabah B.Britaniya baş naziri bu adam ola bilər - Leyboristlər Partiyasının lideri parlament seçkilərində səs verdi - FOTO

İyulun 4-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

AZƏRTAC xəbər verir ki, Leyboristlər Partiyasının lideri Keir Starmer bu gün yerli vaxtla səhər saat 9:30 radələrində Londonda “Willingham Close” seçki məntəqəsində səs verib. O, səsverməyə həyat yoldaşı Viktoriya ilə gəlib.

Qeyd edək ki, seçkilərin nəticələri axşam saat 23:30 radələrindən etibarən məlum olmağa başlayacaq. İlkin nəticələrin isə cümə günü təxminən saat 6:30 radələrində açıqlanması proqnozlaşdırılır.

 

Altı həftəlik ümumi seçki kampaniyası boyunca keçirilən sorğu-anketlərə görə, Leyboristlər Partiyasının qələbə qazanması yüksək ehtimallar arasındadır. Bəzi anketlərə görə Keir Starmer 1997-ci ildə qələbə çalan və Mühafizəkarlar Partiyasının 18 illik hakimiyyətinə son qoyan Leybortislərin lideri Toni Bleyerdən də daha yüksək nəticə əldə edə bilər.

Qeyd edək ki, 2019-cu ildə keçirilən son seçkilərdə seçici fəallığı 67,3 faiz olub.

https://azertag.az/xeber/leyboristler_partiyasinin_lideri_parlament_sechkilerinde_ses_verib-3081710

Yazının videosu:

https://video.azertag.az/site/video/216182

 

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR