İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyanın baş naziri efirə girmək üçün çılpaq modeli belə gözlədi - ŞOK FOTO

Böyük Britaniyanın baş naziri Rişi Sunak canlı efirə girmək üçün ondan əvvəl studiyaya çağırılmış yarıçılpaq modelin zamanını bitməsini gözləyib.

Musavat.com xəbər verir ki, bu proses televiziyanın işçilərindən biri tərəfindən çəkilib və sosial mediaya ötürülüb.

Bəlli olur ki, modelin adı Bekki Holtdur. Proqrama qatılan Holt baş nazirdən əvvəl ekran qarşısına çıxarılıb.

"Onlyfans" modeli kimi çalışan Holt döymələrinə təxminən 45 min dollar xərcləyib. İngiltərə mediasına Holtun döymələri ilə bağlı çıxışının Sunakın çıxışından üstün tutulması təəccüblü gəlib.

Alt paltarda efirə çıxan modelin arxasında növbəsini gözləyən baş nazirin görüntüləri bütün dünyanın müzakirəsindədir.

Britaniya mətbuatında Rişi Sunak haqqında çoxlu aşağılayıcı şərhlər yer alıb.

İngilis qəzetlərindən biri proqramda növbə gözləyən Rişi Sunakın şəklini “Tənəzzüldə ikən belə olur”, başlığı ilə dərc edib.

Musavat.com xəbər verir ki, Böyük Britaniyada bu gün erkən seçkilərdir və təxmin olunur ki, artıq sabahdan Rişi Sunak baş nazir olmayacaq.

Mühafizəkarlar 18 illik iqtidar seriyasından sonra hakimiyyəti əbədi rəqibləri Leyboristlərə uduzurlar.

Türkiyə sosial media seqmentində isə bu foto Qərb dəyərlərinin çöküşü kimi qiymətləndirilib.

Musavat.com oxucularının fikirləri də maraqlıdır...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2024

06 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR