Onlayn ictimai-siyasi qəzet
Bazar ertəsi axşamlarının sevilən seriallarından birinə çevrilən “Uzak şehir” yeni mövsümlə tamaşaçı qarşısına çıxmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, güclü aktyor heyəti və dramatik süjet xətti ilə böyük maraq qazanan serialın ötən mövsüm finalı izləyiciləri intizarda qoyub.
Final bölümündə Albora meydanındakı toyun qanlı hadisəyə çevrilməsi serialın yeni mövsümündə baş verəcəklərlə bağlı marağı daha da artırıb.
Hazırda serialın çəkilişləri Mardin vilayətinin Midyat rayonunda davam edir.
Baş rollarını Sinem Ünsal və Ozan Akbabanın paylaşdığı “Uzak şehir”in yeni mövsümünün ilk bölümü bu axşam tamaşaçıların qarşısına çıxacaq. Beləliklə, serialın 3-cü mövsümünün ilk bölümü bu gün - 14 sentyabr, saat 21:00-da “Kanal D”də yayımlanacaq.
Könül
Musavat.com
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ