İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Rusiyaya daha bir ZƏRBƏ

Ukrayna Rusiyanın ən böyük IT şirkəti olan "Yandex"in Kaluqadakı məlumat mərkəzinə dron zərbəsi endirib.

Musavat.com şirkətin açıqlamasına istinadən xəbər verir ki, infrastrukturunun bir hissəsinə zərər dəyib, bir neçə məlumat mərkəzi modulu tamamilə sıradan çıxıb:

"Dron hücumu "Yandex"in Kaluqadakı məlumat mərkəzi infrastrukturunun bir hissəsinə zərər vurub. Bir neçə məlumat mərkəzi modulu tamamilə sıradan çıxıb. Bu, bəzi "Yandex" xidmətlərinin əlçatmaz olmasına səbəb ola bilər".

Xidmət əlavə edib ki, təcili yardım xidmətləri və "Yandex" mütəxəssisləri hadisə yerində işləyir və xəsarət alan olmayıb.

Qeyd edək ki, Rusiyanın Ukrayna məlumat mərkəzlərinə zərbələrindən sonra 8 oktyabr gecəsi ilk dəfə olaraq Ukrayna dronları Rusiyanın ən böyük İT şirkəti olan "Yandex"in məlumat mərkəzinə hücum edib. Hadisə Ryazan vilayətinin Sasovo şəhərində baş verib. İnfrastrukturun bir hissəsinə təsir edən yanğın məlumat mərkəzinin tamamilə bağlanmasına və milyonlarla rusiyalının gündəlik istifadə etdiyi xidmətlərdə genişmiqyaslı fasilələrə səbəb olub.

Rusiyanın böyük bölgələrində, xüsusən də Moskva, Sankt-Peterburq, Moskva və Samara vilayətlərində istifadəçilər geniş yayılmış sistem qeyri-sabitliyi ilə qarşılaşmağa başlayıblar. Fasilələr taksi, avtomobil paylaşımı və yemək çatdırılması tətbiqləri də daxil olmaqla xidmət sifariş tətbiqlərinə təsir edib. İnformasiya resurslarına gəldikdə, korporativ və şəxsi elektron poçt, axtarış motorları və bulud yaddaşına daxil olmaqda çətinliklər yaşanıb.
Ukrayna tərəfi isə artıq "Yandex"in bütün məlumat mərkəzlərini hədəf elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR