İnsanlara hürriyət, millətlərə istiqlal!

"Elə bilin ki, tamaşa izləməmisiniz" - VİDEO

Əməkdar artist Dilarə Əliyeva Hikmət Rəhimovun quruluşunda səhnələşdirilən “Hamlet” tamaşası barədə danışıb.

Aktrisa bu barədə Musavat.com-a açıqlamasında bildirib ki, tamaşaya ciddi şəkildə hazırlaşırlar və izləyiciləri maraqlı səhnə əsəri gözləyir.

“Ciddi şəkildə hazırlaşırıq. Çox maraqlı olacaq. Bu tamaşanı qaçırsanız, elə bilin ki, indiyə qədər tamaşa izləməmisiniz. Rollarda Coşqun Rəhimov, Hikmət Rəhimov, Ayşad Məmmədov, Oqtay Mehdiyev, Rasim Cəfər və başqaları var”, - Dilarə Əliyeva qeyd edib.

Dünya dramaturgiyasının ən məşhur əsərlərindən biri olan “Hamlet” tamaşası 15 və 16 dekabr 2026-cı il tarixlərində Heydər Əliyev Sarayında nümayiş olunacaq.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR