İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də erməni məşqçiyə ən ağır cəza

ABŞ-nin qadın gimnastika komandasının keçmiş məşqçisi və SSRİ milli komandasının üzvü Artur Akopyan ABŞ Olimpiya və Paralimpiya idman növlərindən ömürlük uzaqlaşdırılıb.

Musavat.com The Washington Post-a istinadən xəbər verir ki, qərar 7 oktyabrda verilib. ABŞ İdman Təhlükəsizliyi Mərkəzinin intizam məlumat bazasında sanksiyanın əsası kimi fiziki və emosional istismar, cinsi təcavüz və cinsi istismar göstərilir.

Akopyan həmçinin USA Gymnastics üzvlüyü qadağan edilmiş şəxslər siyahısına daxil edilib.
Washington Post-un a2024-cü ilin iyul ayında dərc edilmiş araşdırmasında on keçmiş gimnast Akopyanın onları və ya digər idmançıları uşaq ikən fiziki zorakılığa məruz qoyduğunu bildirib. Doqquz nəfər məşqçinin gənc idmançıları qəzəblə yerə atdığını, bəzən isə ağır zərbə ilə vurduğunu, onlarda qançırlar qaldığını bildirib.

İddialar Akopyanın həmkarı Qalina Marinova ilə də bağlı olub. O, həmçinin 7 oktyabr 2026-cı ildən 7 oktyabr 2027-ci ilə qədər USA Gymnastics ilə bütün təmasdan məhrum edilib.

Akopyan SSRİ milli komandasında çıxış edib və üçqat dünya çempionu olub: 1979 və 1981-ci illərdə komanda çempionatında, 1983-cü ildə isə tullanmada.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR