Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Voloadimir Zelenski bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski istefaya göndərilməyəcək.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, hazırkı kadr dəyişiklikləri hökumət kabineti, təhlükəsizlik sistemi, müdafiə naziri və hüquq-mühafizə orqanlarını əhatə edir, lakin baş komandan vəzifəsini əhatə etmir.
“Baş komandanın dəyişdirilməsi nəzərdə tutulmur”, - deyə Zelenski jurnalistlərlə söhbəti zamanı vurğulayıb.
Dövlət başçısı bildirib ki, əsas şəxslərin yenilənməsi mərhələli şəkildə, addım-addım həyata keçiriləcək, kəskin kadr dəyişikliyi olmayacaq. Xüsusilə, hazırda Silahlı Qüvvələrin Baş Komandanının dəyişdirilməsi planlaşdırılmır.
Eyni zamanda prezident qeyd edib ki, güc strukturları və hüquq-mühafizə orqanlarında rəhbər şəxslərin rotasiyası bütün səviyyələrdə nəzərdə tutulub. Onun sözlərinə görə, kadr dəyişikliklərinin prosesi şəxsən onun nəzarətində olacaq.
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ