İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna “Flaminqo” raketlərini Tümenə çay yatağı ilə uçurdubmuş

Xarici mediada Ukraynadan Tümen bölgəsinə uçan “FP-5 Flaminqo” raketlərinin marşrutu dərc edilib. Musavat.com "Military Chronicle" Telegram kanalına istinadla xəbər verir ki, raketlərin ümumi uçuş məsafəsi təxminən 2500 kilometr olub.

Nəşrdə Ukrayna ordusu tərəfindən buraxılan beş raketin hamısının Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən tutulduğu vurğulanır. "Əvvəlki hadisələrdə olduğu kimi, raketlərin yerüstü radar stansiyaları tərəfindən aşkarlanmasını mümkün qədər çətinləşdirmək üçün əsas çayların məcrası boyunca son dərəcə aşağı hündürlüklərdə uçub", - deyə nəşr qeyd edir.

Daha əvvəl, Amerikanın TWZ portalına verdiyi müsahibədə Ukraynanın “Fire Point” şirkətinin baş direktoru İrina Terex bildirib ki, Ukrayna “FP-5 Flaminqo” raketləri üçün Avropa İttifaqından vaxtında maliyyələşdirmə almayıb, buna görə də əvvəllər elan edilmiş istehsal sürətinə çatmaq üçün son tarix təxirə salınır.

Nəşr xatırladıb ki, startap əvvəlcə 2026-cı ilin oktyabr ayına qədər ildə 2555 “Flaminqo” raketi istehsal sürətinə çatacağına söz vermişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR