Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, 2026-cı il Dünya Kubokunun pley-off yarımfinal mərhələsində keçirilən qarşılaşmada Türkiyə millisi Rumıniya ilə üz-üzə gəlib. “Ay-ulduzlular” rəqibini 1:0 hesabı ilə məğlub edərək final mərhələsinə yüksəlib.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, matçdan sonra Rumıniya millisinin futbolçusu Florin Tanase ilə komanda yoldaşı arasında gərginlik yaşanıb.
Soyunub-geyinmə otaqlarının dəhlizində davam edən mübahisə zamanı Tanase əsəblərinə hakim ola bilməyərək oradakı stullardan birini yerə çırpıb. Komanda yoldaşlarının müdaxiləsi nəticəsində gərginlik aradan qalxıb.
Qeyd edək ki, Türkiyə millisi bu qələbə ilə finala yüksəlib. Həlledici oyun 31 mart tarixində səfərdə keçiriləcək.
Musavat.com
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ