Onlayn ictimai-siyasi qəzet
“Qalatasaray” transfer çalışmalarında daha bir böyük fürsəti əldən verib.
Offsideplus.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi orta sahəyə dünya səviyyəli futbolçu gətirmək üçün hərəkətə keçsə də, transferi son anda reallaşdıra bilməyib.
“Qalatasaray”ın transfer siyahısında yer alan futbolçulardan biri “Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandeş olub. İstanbul klubunun ulduz futbolçunun nümayəndələri ilə görüşməyi və transfer şərtlərini müzakirə etməyi planlaşdırdığı bildirilib.
Fernandeşin “Mançester Yunayted”də qalmaq qərarı verməsi isə “Qalatasaray”ın planlarına zərbə vurub. Beləliklə, İstanbul təmsilçisi Viktor Osimhen transferində olduğu kimi, münasib fürsətdən yararlanaraq dünya səviyyəli futbolçunu heyətinə qatmaq imkanını itirib.
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ