İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə siyasi şok: CHP-nin "alınmaz qala"sı çökdü

Türkiyə siyasətində diqqətçəkən hadisə baş verib.

Musavat.com xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cəmil Tuğay Cümhuriyyət Xalq Partiyasına (CHP) üzvlükdən istefa verdiyini açıqlayıb.

Tuğay bildirib ki, bundan sonra fəaliyyətini müstəqil siyasətçi kimi davam etdirəcək və İzmir Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsində qalacaq.

“Bundan sonrakı mərhələdə müstəqil olaraq İzmir Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəmi davam etdirəcək, şəhərimizə və sakinlərimizə bütün gücümlə xidmət etməyə davam edəcəyəm”, - deyə o qeyd edib.

Beləliklə, İzmir Böyükşəhər Bələdiyyəsində 2003-cü ildən bəri davam edən CHP-nin fasiləsiz idarəçiliyi başa çatıb. Əhməd Piriştinanın vəzifəyə başlaması ilə başlayan 23 illik siyasi dövr Cəmil Tuğayın partiyadan ayrılması ilə sona çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR