İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmur – Xalq bu duruma nə deyir?

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yeni açıqlamalar verib və Türkiyə adından bir sıra mühüm məsələlərə dair fikirlərini bildirib.

Çavuşoğlu deyib ki, NATO ölkələrindən müharibənin davam etməsini istəyənlər var:

“Müharibənin davam etməsini, Rusiyanın zəifləməsini istəyirlər. Bəzi ölkələr hələ də Rusiya-Ukrayna müharibəsinin davam etməsini arzulayır. Nəticədə isə olan Ukraynaya olur. Amma Türk əsgəri Ukraynada Rusiyaya qarşı vuruşa bilməz”.

Çavuşoğlu eyni zamanda PUA məsələsinə də iradını bildirib:

"Qərb ölkələrinə görə Türkiyə PUA-ları Qarabağda qatil idi, Ukraynada sanki mələyə döndü"

Çavuşoğlu həmçinin qeyd edib ki, Putinlə Zelenskinin Türkiyədə görüşməsinin hələ də aktualdır. O, digər açıqlamasında diqqətə çatdırıb ki, Türkiyədən Suriyaya 500 min nəfər qayıdıb.
Verilən açıqlamalardan biri və ən mühümü isə Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağı bəyanatıdır.

Sitat: “Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələri pisləmirəm. Bu şəraitdə sanksiyalara qoşulmağımız mümkün deyil”.

Çavuşoğlu fikrinin davamında bildirib ki, müttəfiqlərimiz Rusiyaya qarşı sanksiyalara qoşulmamağımızın səbəbini anlayır.

Məlum olduğu kimi, Azərbaycan da Rusiyaya qarşı Kollektiv Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmur.
Belə bir vəziyyət Kollektiv Qərbdə hansı rəyləri yarada bilər? Bəs, sıravi azərbaycanlılarımız necə, bu taktika barədə nə deyirlər?

Sorğulardan görünür ki, müharibə səbəbindən ölkə ictimaiyyətində Rusiyaya qarşı kəskin neqativ rəylər var və hətta Rusiyanın ünvanına obyektiv fikir söylənəndə də, onu qəbul etmirlər.

Bəs, bu vəziyyətə - Türkiyə və Azərbaycanın sanksiyalara qoşulmamasına necə baxırlar?

Musavat.com paytaxt sakinlərinin cavablarını təqdim edir:

Anar Əhməd, Nərminə Aydın,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR