Onlayn ictimai-siyasi qəzet
Türkiyə milli komandası futbol üzrə dünya çempionatının D qrupunda ən çox məsafə qət edəcək komanda olacaq.
Musavat.com xəbər verir ki, komanda qrup mərhələsində ümumilikdə 7 min 200 kilometr yol qət edəcək.
Məlumata görə, Türkiyə millisinin ən uzun səfəri Avstraliya ilə oyun üçün olacaq. Bu qarşılaşma çərçivəsində gediş-gəliş məsafəsi 4 min kilometr təşkil edəcək.
Paraqvayla matç üçün komanda 2 min kilometr, ABŞ-la görüş üçün isə 1200 kilometr yol qət etməli olacaq.
Beləliklə, Türkiyə millisi D qrupunda çıxış edən komandalar arasında ən çox səyahət edən yığma kimi qeydə alınacaq.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ