İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın gözlədiyi o görüş olmayacaq - Əraqçidən SƏRT REAKSİYA

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın Müctəba Xamenei ilə mümkün görüş barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, “Əl-Məyadin” telekanalına müsahibə verən nazir bu iddiaları qəti şəkildə rədd edib və məsələyə “real dünya kontekstində” yanaşılmasının vacibliyini vurğulayıb.

Xarici işlər naziri müsahibəsində ölkənin ali rəhbərinin hazırkı vəziyyətinə də toxunub.

O bildirib ki, təhlükəsizlik orqanlarının xüsusi tövsiyəsinə əsasən, ali rəhbərin ictimai çıxışları və kütləvi tədbirlərdə iştirakı məhdudlaşdırılıb. Bununla belə, Əraqçi onun dövlət idarəçiliyi və strateji qərarvermə prosesindəki aktiv rolunun tam şəkildə davam etdiyini qeyd edib.

Nazirin sözlərinə görə, Xamenei ilə əlaqələr hazırda “fasiləsiz” rejimdə saxlanılır, onun verdiyi bütün göstərişlər isə aidiyyəti dövlət qurumları tərəfindən dərhal icra olunur. Abbas Əraqçi onu da əlavə edib ki, hazırda ABŞ ilə əlaqələrin hansı səviyyədə və necə davam etdirilməsi məsələsi də birbaşa ali liderin qərarı və nəzarəti altındadır.

Xatırladaq ki, iyunun 3-də ABŞ prezidenti Donald Tramp mətbuata açıqlamasında Müctəba Xamenei ilə gələcəkdə hər hansı bir görüşün istisna olmadığını və belə bir təmasın baş tuta biləcəyini bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR