Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimi Zelenski ilə görüşdə jurnalistlər qarşısında bir sıra açıqlamalar verib.
Musavat.com xəbər verir ki, o, Ukrayna ilə bağlı razılığa gəlmək istədiyi üçün Zelenski ilə görüşündən əvvəl Putinə zəng etdiyini bildirib.
Tramp həm Putinin, həm də Zelenskinin Ukraynada sülh istədiyinə inandığını qeyd edib. Onun sözlərinə görə, Ukrayna ilə bağlı razılaşmanın konturları artıq hazırdır.
Tramp həmçinin Moskvanın Ukraynada sülhə ciddi yanaşmadığı ilə bağlı iddiaları rədd edərək, əsas kimi Kiyevin Rusiyaya qarşı hücumlarına işarə edib.
ABŞ prezidentinin sözlərinə görə, Ukraynadakı münaqişənin həlli "çox tez" başa çata bilər. O, Zelenski ilə hazırkı görüşündən sonra Putinə zəng etmək niyyətində olduğunu açıqlayıb.
Tramp inanır ki, münaqişə həll edildikdən sonra Avropa ölkələri Ukraynada sülhün qorunmasında əhəmiyyətli dərəcədə iştirak edəcəklər. Eyni zamanda sülh razılaşması Kiyevə əhəmiyyətli iqtisadi fayda gətirəcək: "Ukrayna ilə bağlı razılaşma üçün son tarix yoxdur, amma bu, "güclü razılaşma" olacaq. Biz danışıqların son mərhələsindəyik. Müharibə ya bitəcək, ya da uzun müddət uzanacaq, amma heç kim milyonlarla insanın ölməsini istəmir”.
Vladimir Zelenski isə qısaca olaraq görüşdə Ukraynanın ərazi güzəştləri məsələsinin əsas müzakirə mövzusu olacağını deyib.
Daha sonra Tramp jurnalistlərdən zalı tərk etmələrini istəyib, görüşün qapalı hissəsi başlayıb.
Görüşdə Trampla yanaşı dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Stiv Vitkoff və Cared Kuşner də iştirak edir.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ