İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ordusunun Hörmüzdən keçirdiyi gəmilərin sayı açıqlandı

ABŞ ordusu son bir neçə ay ərzində Hörmüz boğazından təxminən 1500 ticarət gəmisinin keçidinə kömək edib.

Musavat.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri admiral Bred Kuper Komandanlığın X hesabında deyib: "Son bir neçə ay ərzində ABŞ ordusu boğazdan təxminən 1500 ticarət gəmisinə kömək edərək koordinasiyalı qoruma təmin edib. Bu gəmilər qlobal enerji bazarlarına yönəlmiş təxminən 750 milyon barel neft daşıyırdı".

Kuperin sözlərinə görə, iyulun ortalarında dəniz blokadası yenidən tətbiq olunduğundan bəri İran öz sahillərindən heç bir neft ixrac etməyib.

Qeyd edək ki, iyulun 14-də ABŞ ordusu İrana qarşı blokadanı bərpa edib. O vaxtdan bəri Mərkəzi Komandanlıq qüvvələri 75 ticarət gəmisinin hərəkətinin qarşısını alıb, üçünü sıradan çıxarıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR