Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Nyu-York şəhərində terror hücumlarının 25-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində iştirak etməyəcəyinə dair məlumat yaydığına görə New York Times (NYT) jurnalisti Meggi Habermanı təhqir edib.
Musavat.com xəbər verir ki, NYT Trampın siyasətçilərin məkanda çıxış etməsinə qadağa qoyulduğu üçün 11 sentyabr hücumlarının 25-ci ildönümündə dağıdılmış Əkiz Qüllələrin yerindəki anım mərasimində iştirak etməyəcəyinə dair məlumat yayıb.
Tramp bu məlumatdan qəzəblənib və özünə məxsus Truth Social hesabında paylaşım edib: "Uğursuzluğa düçar olan New York Times qəzetinin saxta jurnalisti, həm daxildən, həm də xaricdən cəlbedici olmayan, mənim haqqımda əksər jurnalistlərdən daha az məlumatı olan Haberman (o, fırıldaqçıdır!), mənim orada çıxış etməyə icazə verilməyəcəyi üçün 11 sentyabrda Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə getməyəcəyim, əksinə, əsas natiq olacağım Vaşinqtondakı Pentaqona gedəcəyim barədə bir hekayə uydurdu".
Tramp Nyu-Yorka dəfələrlə səfər etdiyini vurğulayıb və oradakı mərasimlərdə çıxışın planlaşdırılmadığını qeyd edib. Ağ Ev sahibi Habermanın "illərdir onun haqqında yalan məlumat yaydığını" bildirib.
Xatırladaq ki, 2025-ci ilin sentyabr ayında Tramp The New York Times qəzetinə qarşı böhtan iddiası qaldırıb. Bir ay sonra, 2025-ci ilin oktyabr ayında Amerika prezidenti federal hakimin "ilkin iddianı rədd etməsindən və iddianın siyasi tonunu kəskin tənqid etməsindən" sonra qəzetə qarşı ikinci bir iddia qaldırıb.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ