İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp İrana zərbə planını Ankarada təsdiqləyib

ABŞ prezidenti Donald Tramp İrana zərbələrim endirilməsinə dair qərarı NATO sammitində iştirak etmək üçün getdiyi Ankarada verib.

Musavat.com xəbər verir ki, məlumatı Axios jurnalisti Barak Ravid X hesabında ABŞ administrasiyasındakı mənbələrə istinadən yayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti artıq 7 iyulda Türkiyəyə gələrkən "İrana zərbə endirmək planını təsdiqləyib və əmr verib".

Axios-un məlumatına görə, Tramp Ankarada ABŞ dövlət katibi Marko Rubio, Pentaqon katibi Pit Heqset, ABŞ maliyyə naziri Skott Bessent və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə görüş keçirib.

Administrasiya rəsmisinin sözlərinə görə, ABŞ-ın İrana zərbələri nə qədər davam etdirməyi planlaşdırdığı hələ məlum deyil; bu məsələ ilə bağlı qərar onların nəticələrinin qiymətləndirilməsinə əsasən veriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR