Onlayn ictimai-siyasi qəzet
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Mohebi amerikalıları İrana dəvət edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu səfər vasitəsilə onlar ölkədəki real vəziyyəti daxildən özləri qiymətləndirə bilərlər.
"SEPAH-ın Amerika xalqına müraciəti" mövzusunda keçirilən mətbuat konfransında çıxış edən H.Mohebi deyib:
"Əgər məktubu oxuduqdan sonra kimdənsə hələ də şübhə qalarsa, biz hər kəsi bura dəvət etməyə, onlara Hörmüz boğazını və ölkənin daxilindəki vəziyyəti göstərməyə hazırıq".
O, həmçinin əlavə edib ki, İrana gələ bilməyənlərlə SEPAH yazışmalar aparmağa da açıqdır.
Musavat.com
30 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ