İnsanlara hürriyət, millətlərə istiqlal!

Elvin Cəfərquliyev Kərbəlaya yola düşdü - FOTO

Azərbaycan millisinin​ və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Kərbəlaya gedib. 

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı Kərbəlaya gedən zəvvarlardan biri paylaşım edib. 

Belə ki, onlar futbolçunun təyyarədə olan fotosunu paylaşaraq ziyarətə getdiklərini bildirib.

Qeyd edək ki, Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə cavab oyununda zədələnib. Futbolçu sentyabrın əvvəlində zədəsi səbəbindən əməliyyat olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR