Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inı özünün dostu adlandırıb.
Musavat.com xəbər verir ki, o, Ağ Evdə jurnalistlərlə görüşündə “niyə Şimali Koreya nüvə silahına sahib ola bilər, İran isə sahib ola bilməz” sualına cavab olaraq bunu Inın onun dostu olması ilə əsaslandırıb: "O, mənim dostumdur. O, Trampı sevir”.
Tramp əlavə edib ki, o da Şimali Koreya liderini sevir: "Mən burada olduğum müddətcə (ABŞ administrasiyasının rəhbəri kimi – red.), o, yaxşı olacaq. Bilirsən niyə? O, mənə hörmət edir".
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ